20 iyun 2016 19:00
Daçiya azarkeşlərdən Bakıya gəlməyi xahiş etdi
Moldovanın "Daçiya" klubunun prezidenti Adlan Şişxanov və klubun digər rəsmiləri azarkeşlərə müraciət ediblər. Azerisport.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsində "Kəpəz"lə qarşılaşacaq bu komandanın rəhbərliyi fanatlardan onlara dəstək olmağı xahiş edib:
"Salam Aleykum, qardaşlar, bacılar! Belə alındı ki, biz iyunun 30-da Bakıda Avropa Liqası çərçivəsində Azərbaycan "Kəpəz"i ilə qarşılaşacağıq. Sizə müraciət edib, dəstək göstərməyinizi istəyirik. Həmin gün gəlib, bizə dəstək olmağınızı xahiş edirik. Sizin dəstəyiniz bizim üçün çox vacibdir. "Daçiya" üçün bu, 12-ci oyunçuya bərabərdir. Sizi Bakıda gözləyirik və qələbə ilə sevindirəcəyimizə ümid edirik".
