20 iyun 2016 17:40
Səməd Qurbanov: Neftçi üçün başqa nəticə qəbulolunmazdır
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsində Malta "Baltsan"ı ilə düşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Püşkdə bəxtimizin gətirdiyini söyləmək olar. Amma ilk mərhələdə bizə hansı klubun rəqib olmasından asılı olmayaraq, mərhələ keçməliyik. "Neftçi" bu komanda ilə oyunlara yaxşı formada çıxmalıdır. Biz bu rəqibdən güclüyük və maltalılara qalib gəlməkdən başqa çıxış yolumuz yoxdur. Başqa nəticə "Neftçi" üçün qəbulolunmazdır".
