20 iyun 2016 17:00
Avroliqadakı klublarımızın 2-ci təsnifat mərhələsindəki rəqibləri də bəlli oldu
Bu gün UEFA-nın Nyondakı mənzil qərargahında Avropa Liqasının ikinci təsnifat mərhələsinin də püşkü atılıb. Azerisport.az xəbər verir ki, bu turnirdəki təmsilçilərimiz - "Kəpəz", "Qəbələ" və "Neftçi" ilk təsnifat mərhələsini uğurla adlaya bilsə, növbəti mərhələdə hansı komandalarla qarşılaşacağı indidən bəllidir.
"Şkendiya" (Makedoniya)/ "Krakoviya" (Polşa) - "Neftçi"/"Baltsan" (Malta)
"Aktobe" (Qazaxıstan)/ MTK (Macarıstan) - "Qəbələ"/ "Samtredia" (Gürcüstan)
"Admira" (Avstriya) /"Spartak" (Slovakiya, Myava) - "Kəpəz" /"Daçiya" (Moldova)
Qeyd edək ki, birinci təsnifat mərhələsinin oyunları 30 iyun-7 iyulda, ikinci təsnifat mərhəlsinin görüşləri isə 14 və 21 iyulda baş tutacaq.
