20 iyun 2016 15:40
Roman Qriqorçuk: Rəqib barədə hələ heç bir məlumatım yoxdur
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının birinci təsnifat mərhələsində Gürcüstanın "Samtrediya" klubu ilə düşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu rəqib barəsində hələ heç nə deyə bilmərəm. Çünki onlar haqqında heç bir informasiyam yoxdur. Sadəcə, Gürcüstan komandalarının futbol oynamağı bacardıqlarını bilirəm. Gürcülərin yaxşı futbolçuları var. Ötən mövsüm də mübarizəyə Gürcüstan klubu ilə oyunla start vermişdik. Rəqibi öyrənəcək və ona uyğun da hazırlaşacağıq".
