20 iyun 2016 15:00

Qarabağ İbrahimoviçə qarşı

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Lüksemburq "Düdelanj"ı oldu. Azerisport.az sizi bu klubla daha yaxından tanış edir.

Son Lüksemburq çempionu ölkənin iki ən uğurlu komandasından biri hesab olunur. 2005/06 mövsümündən indiyə qədər 8 dəfə çempion olan bu klub 1991-ci ildə yaradılıb. 2000-ci ilə qədər bu komanda heç bir uğura imza ata bilmirdisə, ondan bəri 12 dəfə Lüksemburq çempionu adını qazanıb.

"Düdelanj"ın avrokuboklarda elə də zəngin təcrübəsi yoxdur. Amma bəzi müsbət nəticələri də var. Məsələn, 2012/13 mövsümündə bu komanda sensasiyaya imza ataraq, ÇL-də üç mərhələ adlamağa nail olub. Həmin dövrdə Lüksemburq çempionu öncə San Marino təmsilçisini mübarizədən kənarlaşdırmışdısa, ardından Avstriya "Zalsburq"unu üstələmişdi. O dövrdə hər kəsi təəccübləndirən "Düdelanj" topların daha yaxşı fərqinə görə (4:44) avstriyalıları mübarizədən kənarlaşdırmışdı. Amma Sloveniya "Maribor"u onları ÇL-də çox uzağa getməyə qoymadı (5:1). Avroliqanın pley-offunda İsrail "Hapoel"i "Düdelanj" ı daha böyük hesabla (7:1) üstələdi. Həmin dövrdən bəri bu komanda nə ÇL-də, nə də AL-də mərhələ adlaya bilir.

Heyətə gəlincə, komandanın müəyyən özəyi var. Qapıda azərbaycanlı futbolsevərlərə də yaxşı tanış olan Jonatan Juber durur. Azərbaycanın Lüksemburqla oyunlarında da rəqibin qapısında məhz bu təcrübəli qolkiper dururdu. Heyətin əsas özəyinə Tom Şnelli, Rodriqo Dikabanı, Kleyton Moreyranı, Cerri Prempehi, Kevin Nakaşı, Daniele de Motanı, David Turpeli, Sanel İbrahimoviçi qeyd etmək olar.

İbrahimoviçlə Dikaba komandanın ən bahalı futbolçuları hesab olunurlar. Onların qiyməti 200 000 avrodur.

Onu da qeyd etmək lazımdır ki, əsas heyətin bütün üzvləri təcrübəlidir. Onların əksərinin 28-31 yaşı var.

Bütövlükdə isə, "Qarabağ"a çox münasib rəqib düşüb. Ağdamlılar bu rəqibi hər iki oyunda məğlub etməyə sadəcə, borcludur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.