20 iyun 2016 14:40
Yığmamızın yeni baş məşqçisi daha bir braziliyalını milliləşdirir
Futzal üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Miltinyo eyni zamanda çalışdıracağı "Araz"a braziliyalı oyunçu cəlb edib. Azerisport.az xəbər verir ki, bu, Teles Martins Tyaqodur.
28 yaşlı braziliyalı "Araz"ın sonuncu transferi olmayacaq. Miltinyo son klubu "Marekko" olan həmyerlisindən əlavə də bir neçə futbolçunu "Araz"a gətirməyə hazırlaşır.
Qeyd edək ki, millimizin çalışdırıcısı Bakıya iyunun 18-də gəlməli olsa da, viza probleminə görə gecikir. Miltinyonun ayın sonunadək ölkəmizə gələcəyi bildirilir.
Sonda onu da əlavə edək ki, Teles Martins Tyaqonun milliləşdirilərək Azərbaycan yığmasına da cəlb olunması nəzərdə tutulub.
