20 iyun 2016 14:00
Şkenderbeunun futbolçusu Zirəyə keçir
"Zirə" bu həftə heyətinə yeni legioner futbolçu qatacaq. Azerisport.az xəbər verir ki, bu, Albaniyanın "Şkenderbeu" klubunun yarımmüdafiəçisi Gerhard Proqnidir.
Proqni artıq bakılılarla razılığa gəlib. Bu həftə isə tərəflər rəsmi müqavilə imzalayacaqlar. 29 yaşlı albaniyalı futbolçu ilə "1+1" şərti ilə müqavilə nəzərdə tutulub.
