20 iyun 2016 14:10
Qarabağın ÇL-də rəqibi bəlli oldu
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi bəlli olib.
Ağdam klubu aşağıdakı komandalardan biri ilə qarşılaşa bilərdi:
"Hapoel" Beer-Şeva (İsrail)
"Olimpiya" (Sloveniya)
"Vardar" (Makedoniya)
"Liepaya" (Latviya)
"Düdelanj" (Lüksemburq)
Püşk nəticəsində təmsilçimiz sonuncu komandayla - "Düdelanj"la düşüb.
Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin oyunları 12/13 və 19/20 iyulda keçiriləcək.
