20 iyun 2016 12:10
Kəpəz Ərzurumda ikinci sınaq matçına çıxır
“Kəpəz” bu gün Türkiyədə ikinci yoxlama oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, Ərzurumda hazırlıq keçən komandanın rəqibi yenə Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (Seçmə) yığması olacaq.
İlk matçdan fərqli bu dəfə rəqibin heyəti daha təcrübəli futbolçulardan ibarət olacaq. Belə ki, Karmalar yığmasında PTT 1-ci Liqa və Spor Toto 2-ci Liqa komandalarında çıxış edənlər yer alacaq.
Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
