20 iyun 2016 12:00
Qarabağa daha 5 futbolçu qoşuldu
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, dünən axşam saatlarında milli komandamızda forma geyinən 5 futbolçu - Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev və Əfran İsmayılov Ağdam klubunun Kössen qəsəbəsində məskunlaşdığı otelə gəlib.
Millimizin 5 üzvü bu gün axşam saatlarında komandayla ilk məşqlərinə çıxacaq.
