20 iyun 2016 11:40

Dmitri Kramarenko: Premyer Liqa üçün 8 klub çox azdır

"Neftçi"nin qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramarenkonun azerisport.az saytına müsahibəsi

- Toplanış necə gedir?
- Hər şey normaldır. Komandada atmosfer yaxşıdır. Uşaqlar məşqlərdə yüz faiz güc sərf edirlər.

- Aqil Məmmədovun komandadan ayrılmasını necə qarşıladınız?
- Aqil yaxşı mövsüm keçirdi. Amma müqaviləsinin müddəti bitmişdi. Görünür, yeni müqavilənin şərtləri qane etmədiyi üçün ayrıldı. Ona gələcək karyerasında uğurlar.

- Yeni aldığınız çernoqoriyalı qapıçı barədə nə deyərdiniz?
- Hələ nəsə demək çətindir. Bizimlə cəmi bir neçə məşqə çıxıb. Təcrübəlidir, ölkəsinin yığma komandasında oynayıb. Hər şeyə baş məşqçi Vəli Qasımov qərar verəcək. Mən sadəcə, məsləhət verə bilərəm.

- "Neftçi" yenidən legionerlərlə güclənməyə başlayıb. Klub əcnəbilərə üstünlük vermək qərarına gəlib?
- Bunu baş məşqçidən soruşmağınız daha yaxşı olar. Çünki bu barədə qərarları o verir.

- "Neftçi"nin yeni mövsümdə güclü olacağını söyləmək olar?
- Klubda çalışan hər bir kəs də məhz buna çalışır. "Neftçi" hər il güclü olmalıdır.

- Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibiniz bilinəcək. Münasib rəqib gözləyirsiniz?
- Əlbəttə, istərdim ki, ilk mərhələdə zəif rəqiblə düşək. Gücümüzə görə rəqib istəyirik.

- Növbəti mövsümdə elitada cəmi 8 klub mübarizə aparacaq. Sizin buna münasibətiniz necədir?
- Mingəçevir, Şəmkir, Tovuz, Qazax, Zaqatala kimi regionların Premyer Liqada təmsil olunmaması çox pisdir. İndi də "Xəzər Lənkəran", "Bakı", "Rəvan"ı itirməkdəyik. 8 komanda təbii ki, azdır. Azərbaycan kimi futbol ənənələri olan ölkə üçün bu, çox azdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.