20 iyun 2016 11:00
Millimiz Rusiya klubuna məğlub oldu
Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, “Rostselmaş” komandası ilə qarşılaşan yığmamız 3:4 hesabı ilə məğlub olub.
Komandamızın heyətində Xəqani Sadıqov dubl edib, digər qolu isə Kamran Quliyev vurub.
