20 iyun 2016 00:05

Neftçi 5 futbolçu ilə yolları ayırdı, ikisi də gedir

2015/2016-cı illər mövsümünün yekununda "Neftçi” PFK ilə müqaviləsi bitmiş bəzi futbolçular qarşılıqlı razılaşma əsasında klubla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bunlar Aqil Məmmədov, Erik Ramos, Antonio Salas Quinta, Juan Alberto Melli və Nikolas Kanalesdir. "Neftçi” rəhbərliyi bu komandanın uğurları üçün çalışmış sözügedən futbolçulara təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Məhəmməd Qurbanovla Mirabdulla Abbasovun da digər kluba keçidi ilə bağlı proses hazırda davam edir.

Komandaya yeni cəlb olunmuş futboçulara gəlincə. 20.06.2016-cı il tarixdə İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının püşkatma mərasimi təşkil olunacaq. Məhz bu tarix turnirdə mübarizə aparacaq klubların iştirak ərizəsini UEFA-ya təqdim etmələri üçün son gündür. Hazırda "Neftçi” PFK ilə yeni transfer olunan futbolçular arasında sənədləşmə işləri yekunlaşmaq üzrədir. Klubdan bildirilir ki, sənədləşmə zamanı futbolçunun məxsus olduğu klubla, transfer edildiyi klub arasında TMS (Transfer Uyğunluğu Sistemi) məsələsi həll edilir. Bu sistemdə futbolçunun şəxsi sənədləri, müqavilə və s. yerləşdirilir. Daha sonra yerli federasiyaya transfer barədə məlumat verilir və futbolçuya avrokuboklarda çıxış etməsi üçün beynəlxalq sertifikat təqdim edilir. Hazırda bütün bu proseslər yekunlaşmaq üzrədir və komandaya yeni cəlb edilmiş futbolçularla bağlı 20.06.2016-cı il tarixdə ətraflı məlumat veriləcək. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.