19 iyun 2016 13:00
Samir Məsimov Domjaledə daha bir oyuna çıxdı
Sloveniyanın "Domjale" klubu Avropa Liqasına və növbəti mövsümə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası hazırlıq prosesi çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Rəqib digər Sloveniya klubu "Çelye" olub. Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Samir 46-cı dəqiqədə meydana çıxıb, 75-də isə əvəzlənib.
