19 iyun 2016 11:00
İnterin daha bir sabiq üzvü Dinamoya keçdi
Bakı "İnter"inin daha bir sabiq futbolçusu karyerasını Gürcüstanda davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu, xorvatiyalı müdafiəçi Matiya Şpiçiçdir.
O, Tiflis "Dinamo"suna keçib. Artıq Şpiçiç komanda ilə birgə Avstriya toplanışına yollanıb.
Qeyd edək ki, bir müddət öncə "İnter"in sabiq qapıçısı Georgi Lomaya da bu komandaya keçmişdi.
