19 iyun 2016 02:00

Vüqar Əsgərov: Hədəfimiz mövsümü ilk üçlükdə bitirməkdir

Latviyanın "Olayne" klubunun azərbaycanlı hücumçusu Vüqar Əsgərov bu komandadakı çıxışı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Mövsümün əvvəlində klub rəhbərliyi ilə görüşdük. Qarşımıza mövsümü ilk üç pillədən birində başa vurmaq hədəfi qoyulub. Gənc komandayıq. Həm rəhbərlik, həm də baş məşqçi daha çox gənclərə üstünlük verir. Komandada gənc olmayan cəmi beş futbolçu var.  Qalan hamısının 17-20 yaşı var. Biz təcrübəlilər də bu gənclərə kömək etməyə çalışırıq".

O, cari mövsümdək məhsuldar çıxışından da söz açıb: "Geridə qalan oyunların hamısında iştirak etmişəm. Artıq 14 qol vurmuşam. Bu tempdə davam edəcəyimə ümidliyəm. Hücumçunun işi elədir ki, necə oynayırsan oyna, amma penalti qazan, qol ötürməsi et və ya özün fərqlən. Özü də vurduğun qol və qollar qələbə üçün yetərli olmalıdır. Mən də hər oyuna bu fikirlərlə çıxıram və bu, məni motivasiya edir".

Əsgər Azərbaycana mümkün dönüşü barədə də söz açıb: "Azərbaycandan heç bir təklif almamışam. Təklif gözləyib-gözləmədiyimi deyə bilmərəm. Bu barədə düşünmürəm də. Həmişə demişəm, yenə də deyirəm, Azərbaycan mənim vətənimdir. Həmişə bu ölkədə, bu ölkənin hansısa komandasında oynamağa şad olaram".

31 yaşlı forvard Latviyanın digər klublarına keçmək variantına da toxunub: "Hələ burada transfer pəncərəsi açılmayıb. Həmin vaxt yaxınlaşdıqca hansısa klubun mənimlə maraqlanıb-maraqlanmadığını biləcəyəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.