18 iyun 2016 19:00

Yay Futbol Düşərgəsi layihəsində 1-ci mərhələ başa çatdı

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi və "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsinin birinci mərhələsi başa çatıb. Qrupun son gününüdə bütün iştirakçılar mükafatlandırılıb. "Kapital Bank Arena"nın konfrans zalında baş tutan mərasimdə "Sumqayıt" FK-nın Müşahidə Şurasının sədri Abdulla Məmmədov, futbol veteranları Telman Salahov, Ağamusa Bağırov, Sabir Əliyev, klubun texniki direktoru Aqil Məmmədov, məşqçi heyəti Seymur Rəhimov, Etibar Tarıverdiyev, Azad Mütəllimov, Elşad Eyvazov və başqaları iştirak edib. Layihənin yekunu ilə əlaqədar olaraq, bütün iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin ayırdığı xüsusi hədiyyələr təqdim edilib. Xatırladaq ki, "Yay Futbol Düşərgəsi" layihəsinin birinci mərhələsində 4, 11, 12, 16, 19, 28, 33 və 42 saylı orta məktəblərin şagirdləri iştirak edib.

Qeyd edək ki, 16 iyun tarixində start verilən layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.