18 iyun 2016 17:00
Millimiz Rostova qalib gəldi
Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Rostov” klubunun U-18 komandası ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb.
Kamran Quliyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Xaqani Sadıxov və Şakir Seyidov fərqlənib.
