18 iyun 2016 14:30
Prosineçki Çexiya - Xorvatiya oyununa baxıb
2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq yığmaların oyunlarını izləmək üçün Fransada səfərdə olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avro-2016-nın D qrupunda Sent-Etyen şəhərində keçirilmiş Çexiya – Xorvatiya oyununu izləyib. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Millimiz DÇ-2018-in seçmə mərhələsində Çexiya yığması ilə bu il oktyabrın 11-də səfərdə qarşılaşacaq, 2017-ci il oktyabrın 5-də isə ev oyunu keçirəcək.
