18 iyun 2016 14:00
Novruz Məmmədov: Kəpəz Avroliqada mümkün qədər yaxşı çıxış etmək istəyir
"Kəpəz"in yeni transferi Novruz Məmmədov qarşıdakı mövsüm və Avropa Liqası ilə bağlı gözləntilərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlıq tam gücü ilə davam edir. Səhərlər fiziki məşqlər edirik, axşamlar isə topla. Artıq komandaya uyğunlaşmışam. Mənim üçün bu, onsuz da problem deyildi.
Avropa Liqasında mümkün qədər yaxşı çıxış etmək istəyirik. "Kəpəz"də ciddi rəqabət var. Bu, gələcək uğurlarımız üçün yaxşı təməl hesab oluna bilər. Ümid edirəm ki, püşkatma bizim üçün uğurlu olacaq və birinci təsnifat mərhələsində münasib rəqiblə düşəcəyik".
