18 iyun 2016 13:30
Denis Silva: İnterdən getmək istəmirəm
"İnter"in braziliyalı müdafiəçisi Denis Silva paytaxt klubundakı gələcək karyerası ilə bağlı danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"dən getmək istəmirəm. Karyeramı burada davam etdirmək istəyirəm. Ona görə də klubla bir illik müqavilə imzaladım. Komandaya yeni futbolçular cəlb olunub. Məncə, bu, yaxşı addımdır. Onlar komandaya kömək edəcəklər. Yeni gələnləri tanıyıram. Demək olar ki, hamısı yaxşı futbolçudur".
