18 iyun 2016 13:00

Dmitri Nağıyev: Ukrayna və Azərbaycan yığmaları arasında seçim imkanı yaransa...

Azərbaycanın gənclərdən ibarət yığmasının və Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Dmitri Nağıyevin azerisport.az saytına müsahibəsi

- U-21-in bir müddət öncə Sloveniyadakı hazırlıq prosesində siz də iştirak etdiniz. Onu necə dəyərləndirərdiniz?
- Kifayət qədər maraqlı toplanış alındı. Biz üç yoxlama oyunu keçirdik. Güclü rəqiblərlə qarşılaşdıq. Fikrimcə, bu oyunlara əsasən məşqçilər korpusu özləri üçün müəyyən nəticələr əldə edə bildilər.

- Bəs siz necə, baş məşqçi Yaşar Vahabzadənin etimadını qazana bilmisiniz?
- Məncə, bunu baş məşqçinin özündən soruşmağınız daha yaxşı olardı. Mən sadəcə onu deyə bilərəm ki, özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni etdim.

- Sloveniya və Bosniya-Herseqovinaya qarşı yoxlama görüşləri barədə nə deyə bilərsiniz?
- Sloveniya yığması çox yaxşı rəqibdir. Futbolçuları arasında anlaşma səviyyəsi çox yaxşı idi. Ölkələrində böyük klublarda daim oynadıqları üçün bu, onların ən böyük üstünlüyüdür. Bu rəqibə qarşı mübarizə aparmaq asan deyildi. Bosniyalılar barədə də eyni sözləri demək olar. Amma sloveniyalılarla müqayisədə, onlara qarşı daha yaxşı oynadıq.

- U-21-in AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində cəmi iki oyunu qalıb - Finlandiya və Farer adaları ilə görüşlər. Bu iki oyundan 6 xal qazanmağınız realdır?
- İstənilən komandaya qalib gəlmək olar. Əlbəttə, bunun üçün yaxşı və düzgün oynamaq lazımdır. Məğlubedilməz rəqib yoxdur. Ona görə də hər iki oyunda sona qədər mübarizə aparacağıq.

- "Dnepr"də işləriniz necə gedir? Sizi tezliklə əsas komandada görə bilərik?
- "Dnepr"də vəziyyət hazırda naməlumdur. Klubdan bizə deyiblər ki, gəncləşdirmə siyasəti aparacaqlar. Amma rəhbərlik bu barədə yekun qərarını istirahətdən qayıtdıqdan sonra verəcək. Mənə isə məşq etmək və şansımı gözləmək qalır. Çünki futbolda hər şey çox sürətlə dəyişir.

- Azərbaycan klublarından, digər ölkələrdən transfer təklifi yoxdur?
- Hələ bu barədə konkret bir söz deyə bilmərəm.

- Mümkündür ki, sizi yaxın gələcəkdə Ukrayna və Azərbaycan yığmaları arasında ciddi seçim imkanı gözləsin. Qərarınız necə olacaq?
- İndi bu barədə danışmaq hələ tezdir. Hazırda Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvüyəm. Amma həyatda hər şey olur. Ukraynada anadan olmuşam və bu ölkəni də sevirəm. Azərbaycanı da çox sevirəm. Ona görə seçim imkanı olsa, qərarımın necə olacağını indidən deyə bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.