18 iyun 2016 12:30
Popoviç: Karyeramı harada davam etdirəcəyim tezliklə bilinəcək
Azərbaycan yığmasının və "Qəbələ"nin sabiq qapıçısı Andrey Popoviç hələ də özünə yeni klub tapmayıb. Azerisport.az saytına açıqlamasında o, gələcək planlarından söz açıb:
"Hələ heç bir klubla müqavilə bağlamamışam. Fərdi proqram üzrə məşq edirəm. Gələcək karyeramla bağlı konkret bir söz deyə bilmərəm. Bu işlə menecerim məşğul olur. Amma tezliklə karyeramı harada etdirəcəyim bilinəcək".
