18 iyun 2016 11:45
Azərbaycan Xorvatiyaya qarşı
Makedoniyanın Skopye şəhərində təşkil olunmuş UEFA-nın İnkişaf turnirində iştirak edən 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, millimizin üzvləri xorvatiyalı həmyaşıdları ilə qarşılaşacaq.
Xatırladaq ki, millimiz ilk görüşündə Makedoniya ilə üz-üzə gəlmişdi. Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən meydan sahibləri 4:2 (ümumi nəticə - 6:4) hesabı ilə qalib gəlib.
UEFA İnkişaf turniri
18 iyun
13:00. Azərbaycan - Xorvatiya
