18 iyun 2016 11:30

Xəyal Zeynalov: Kəpəz bunu bacaracaq gücdədir

"Kəpəz"in sabiq qapıçısı Xəyal Zeynalovun azerisport.az saytına müsahibəsi

- Yəqin ki, sabiq "Kəpəz"li kimi sizi də keçmiş komandanızın avrokuboklara vəsiqə qazanması münasibətilə təbrik etmək olar...
- İlk növbədə bir gəncəli kimi, "Kəpəz"in uğurları məni çox sevindirir. Nəhayət ki, 16 illik həsrət sona çatdı. Komandaya avrokuboklara vəsiqə qazandığı üçün ayrıca təşəkkür düşür.

- Komandanın son mövsümdəki uğurunun sirrini nədə görürsünüz?
- "Kəpəz"in demək olar ki, bütün oyunlarını izləmişəm. Komandada döyüşkən və mehriban kollektiv gördüm. Heyətdə pis oyunçu yox idi, komandanın boşa verdiyi hansısa qarşılaşma yox idi. Uğurları da komanda oyunu sayəsində qazanırdılar. Bu da onu göstərir ki, futbolçular məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirirdilər.

- "Kəpəz" sonuncu dəfə UEFA Kubokunda (indiki Avropa Liqası) 16 il öncə Türkiyənin "Antalyaspor" klubuna uduzub (0:2, 0:5). Həmin oyunları yaxşı xatırlamalısınız...
- Bəli. Çünki "Kəpəz"in son avrokubok oyunlarında mən də iştirak etmişdim. Həmin dövrlər çox çətin idi. Klub sahibsiz qalmışdı. Amma indi hər şey yaxşıdır. Komanda yenidən Avropaya çıxıb. Gəncəlilərin komandaya böyük dəstək göstərəcəyinə inanıram. "Kəpəz" rəhbərliyinin də bu uğurlarda böyük payı var.

- "Antalyaspor"la oyunda siz də meydanda olmuşdunuz...
- Mən o vaxt yenicə heyətə cəlb olunurdum. Şübhəsiz ki, həyəcan var idi. Çünki təcrübəsiz idim. Həmin oyunları xatırlayanda qürur hissi keçirirəm. Heç 18 yaşım tamam olmamışdı. Doğrudan da unudulmaz matç idi. Amma uduzmağımız çox məyus edir.

- Ev oyunundakı məğlubiyyətdən sonra uğur qazanacağınıza inanmadığınıza görə səfərdə 5 cavabsız qolla uduzdunuz?
- Həmin dövrdə bizim heyət ideal deyildi. Amma uşaqlar mərhələ keçmək üçün əllərindən gələni etdilər. Sadəcə, "Antalyaspor"u keçəcək gücdə deyildik.

- İndiki "Kəpəz"lə 16 il əvvəlki komanda arasında nə kimi fərqlər var?
- Geridə qalan illər ərzində futbol çox inkişaf edib. İndi futbolçular daha sürətli oyuna üstünlük verirlər. Uğur qazanmaq üçün daha dəqiq, inamlı mübarizə aparırlar. Fikrimcə, "Kəpəz" də bunu bacaracaq gücdədir.

- Komanda neçə mərhələ keçə bilər?
- Bunun üçün "Kəpəz"ə yüksək səviyyəli futbolçular cəlb etmək lazımdır. Hansı ki, heyətdə də belələri var. Sadəcə, komandanı daha da gücləndirməyə ehtiyac var ki, qarşıya qoyulan hədəflərinə çata bilsinlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.