18 iyun 2016 00:20
Alan Lalin: Xəzər Lənkəranda az maaşa da oynayardım
"Xəzər Lənkəran"ın sabiq hücumçusu Alan Lalin bəyan edib ki, yenidən bu komandaya qayıtmağa hazırdır. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda işsizəm. Yenidən imkan yaransaydı, Azərbaycana qayıdardım. Lənkəran klubunda az maaşla da oynayardım. Çünki bu klubun əvvəlki kimi yaxşı maliyyə imkanı yoxdur. Amma futbolda belə hallar da olur. Bu klubun tamamilə dağılmasını istəməzdim. Son qərarla bağlı məlumatı mənə Mario Souza verdi. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
