17 iyun 2016 19:00

Şahruddin Məhəmmədəliyev: Onun komandadan gedişini özüm üçün uğur saymıram

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin azerisport.az saytına müsahibəsi

- Necə istirahət etdiniz?
- Avstriyaya dünən gəlmişik. Məşqlərə yeni başlamışıq. Mənim istirahətim bir qədər tez başlamışdı. Amma son on gündə xeyli məşq etmişəm ki, formada olum.

- Komandanızın qarşısında bu mövsüm ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaq hədəfi qoyulub...
- Biz bunu çox istəyirik. Amma hər şey Tanrının əlindədir. Biz sadəcə, bu hədəfimizə çatmaq üçün çalışacağıq.

- Yəqin ki, bunun üçün münasib rəqiblərin düşməsini arzulayırsınız...
- Əsas odur ki, biz yaxşı formada olaq. Rəqiblərimizin kim olmasının isə o qədər də fərqi yoxdur.

- Fərhad Vəliyevin komandanı tərk etməsi sizin heyətə düşmək şanslarınızı artıraracaq?
- Fərhad mənə qardaş kimidir. Onun "Qarabağ"dan getməsini özüm üçün uğur saymıram. O, həmişə mənə dəstək göstərib, məsləhətlər verib. Bu, gənc futbolçu üçün çox önəmlidir.

- "Qarabağ"a gələndən bəri çox az oyun keçirmisiniz. Demək olar ki, hələ özünüzü sübut etməmisiniz?
- Nə qədər oynayacağıma baş məşqçi Qurban Qurbanov qərar verir. Mən şansımı gözləyirəm.

- Onunla bu barədə söhbətiniz olub?
- Qurbanov gənc futbolçuları daim dəstəkləyir, motivasiya verir. Təbii ki, mən də istisna deyiləm.

- Mövsümün sonunda niyə görünmürdünüz?
- Əməliyyat olunmuşdum. Amma bu, zədə ilə bağlı deyildi. Artıq hər şey qaydasındadır və komandamın məşqlərində iştirak edirəm.

- Komanda yoldaşınız Ansi Aqolli AÇ-2016-da çıxış edir. Təsadüfən ona görə Albaniya yığmasına azarkeşlik etmirsiniz?
- Onun komandasının oyunlarına baxıram. Aqolli təkcə Albaniyanın yox, həm də "Qarabağ"ı təmsil edir və bunu görmək çox xoşdur. O, yığma komandasının da ən yaxşı futbolçusudur. İstirahətə yollanmazdan öncə Ansini qucaqladım, ona uğurlar arzuladım. Ümid edirəm ki, son turda Rumıniyaya qalib gələcəklər.

- Premyer Liqanın yeni mövsümü 8 klubla keçiriləcək...
- Bu, çox pisdir. Amma çempionatın necə alınacağını zaman göstərəcək.

- Namiq Yusifovun karyerasını başa vurmasını necə qarşıladınız?
- Hər bir futbolçu karyerası ilə bağlı qərarı özü verir. Namiqə yeni işində uğurlar arzulayram. Mən isə 35-36 yaşıma kimi oynamaq istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.