17 iyun 2016 17:30
Milli komandamızın futbolçusu Zirədə
“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Murad Səttarlı paytaxt klubu ilə 2 illik müqaviləyə imza atıb.
Gənc yarımmüdafiəçi ötən mövsüm AZAL-ın formasını geyinib. Buna qədər isə o, “Qarabağ” və “Simurq”da çıxış edib.
Murad Səttarlı milli komandamızın da üzvüdür.
