17 iyun 2016 15:00

Elxan Abdullayev: Səviyyə fərqi hər şeyi həll etmir

Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev AÇ-2016-da çıxış edən millimizin rəqibləri barədə azerisport.az saytının suallarını cavablandırıb.

"Rəqiblərimizin indiyə qədər baş tutmuş bütün oyunlarına baxmışam. Seçmə mərhələdə çox çətin qrupa düşmüşük. Qrupdakı altı komandadan üçünün indi AÇ-də çıxış etməsi, onlardan birinin dünya çempionu olması, Norveçin qitə birinciliyinə vəsiqə qazanmaq şansını son anda əldən verməsini nəzərə alsaq, qalırıq biz və San Marino".

Abdullayev Almaniya, Şimali İrlandiya və Çexiyanın AÇ-2016-dakı çıxışını belə şərh edib: "Onların qitə birinciliyində iştirakı rəqiblərimizin gücündən xəbər verir. Almaniya barədə danışmaq artıq olardı. Onsuz da bu komandanın necə güclü olduğunu, heyətində kimlərin çıxış etdiyini hər kəs yaxşı bilir. Şimali İrlandiyanın Ukrayna ilə son oyununa gəlincə, rəqiblərinin zəif təsir bağışladığını deməzdim. Sadəcə, Ukrayna yığmasında yorğunluq hiss olunurdu. Çünki onlar ilk turda Almaniyaya qarşı çətin oyun keçirmişdilər. Fikrimcə, güclü yağış da onlara az mane olmadı. Texnikalı komandadır, topla oynamağı sevirlər. Son iki ildə bütövlükdə Britaniya futbolunda böyük yüksəliş var. Təkcə İngiltərə yox, Uels, Şotlandiya, Şimali İrlandiya, İrlandiya yığmaları da çox yaxşı təsir bağışlayırlar. Onlardan dördünün hazırda AÇ-də olması da dediklərimə əyani sübutdur".

Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiya ilə bir qrupda mübarizə aparmış, səfərdə 1:1 bərabərə qaldığı rəqibini Bakıda 2:0 hesabıyla məğlub etmişdi. Amma millimizin məşqçisi rəqibin çox gücləndiyini deyir: "Bu, artıq həmin komanda deyil. Həmin komanda ilə indiki arasında yerlə göy qədər fərq var. Bu da təsadüfi deyil".

"Çexiya yığmasına gəlincə, ispanlarla görüşün əvvəlində pis təsir bağışlamırdılar. Amma bu komandaya çox çətin idi. Çünki rəqib dünya çempionu idi. Sonda da yoruldular və qol buraxdılar. Yaxşı heyətləri, liderlik keyfiyyətlərinə malik futbolçuları var. Əlbəttə, bu oyunçulardan kimlərinsə DÇ-2018-in seçmə mərhələsinə qədər yığmadan ayrılması mümkündür. Amma biz rəqibləri indiki gücünə görə qiymətləndiririk. İstənilən halda bizə qarşı yaxşı komanda mübarizə aparacaq".

"Əlbəttə, bu rəqiblərimizin hər biri səviyyəcə bizdən üstündürlər. Amma futbolda hər şeyi bu həll etmir. Misal üçün, Albaniya yığması AÇ-də Fransa və İsveçrəyə qarşı çox layiqli mübarizə apardı. Çox intizamlı, istəkli komandadır. Bunun sayəsində onlar son oyunda xal və ya xallar qazana bilərlər. Biz də məhz bu komponentlərin sayəsində son seçmə mərhələdə Norveçlə Xorvatiyadan xal almışdıq. Yəni, səviyyə fərqi hər şeyi həll etmir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.