17 iyun 2016 14:40
Sumqayıtda daha bir müqavilə
2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, son olaraq "Neftçala"da çıxış etmiş 1996-cı il təvəllüdlü qapıçı Əli Həsənli sumqayıtlılarla 2 illik sazişə imza atıb.
