17 iyun 2016 14:20
Milan Miyatoviç: Yaxın saatlarda Neftçi ilə müqavilə imzalayacağam
Çernoqoriyalı qapıçı Milan Miyatoviç "Neftçi"yə transferi ilə bağlı yayılan xəbərləri şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bəli, "Neftçi"yə keçirəm. Klubla müqavilə bağlamağa hazırlaşıram. Türkiyəyə də buna görə gəlmişəm. Bu komandanın qapısını qoruyacağım üçün şadam. Amma hələ rəsmi müqavilə yoxdur. Yaxın saatlarda müqavilə bağlamalıyıq. "Neftçi" barədə məlumatım var. Ölkənin ən güclü klublarından biri olduğunu, Avropa Liqasında oynamağa hazırlaşdığını bilirəm".
