17 iyun 2016 12:20

Deyan Kelhar: Vobay Neftçidə daha güclü idi, nəinki indi

"Qəbələ"nin sabiq müdafiəçisi Deyan Kelharın azerisport.az saytına müsahibəsi

- "Qəbələ"dən sonra siz Serbiya "Srvena Zvezda"sında, Sloveniya "Olimpiya"sında oynadınız və çempion oldunuz...
- "Qəbələ"də yaxşı mövsüm keçirdim. Bu komandanı unutmuram. Əlbəttə, çempion olmağı hər futbolçu istəyir. Serbiya və Sloveniyada da futbol yüksək səviyyədədir. "Srvena Zvezda" bütün dünyada tanınır. Buna görə oradakı çempionluq qiymətli idi. Sloveniyadakı çempionluğu da qeyd edərdim. Çünki "Olimpiya" bu titula 21 il sonra yiyələnə bildi. Əla mövsüm alındı.

- Azəraycandakı karyeranızla bağlı nə yadda qalıb?
- Qəbələ kimi gözəl yeri, orada təbiəti, komandanı unutmaq mümkünsüzdür. Azərbaycanda olarkən harada olduğumu dərk etmirdim. Amma kənardan baxanda başa düşünürəm ki, çox gözəl ölkədir, orada necə gözəl insanlar yaşayır.

- Keçmiş komandanızın çıxışını izləyirsiniz?
- Əlbəttə. "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə çıxmasına necə sevindiyimi dostlarım yaxşı bilir. Bütövlükdə, Azərbaycan futbolu ilə də maraqlanıram.

- "Olimpiya"da Azərbaycanda oynamış daha bir futbolçu - Julius Vobay da çıxış edir...
- Bəli, o da bizim klubdadır. O da "Olimpiya"nın uğurlarında az pay sahibi olmadı. Baxmayaraq ki, çox oyun keçirmədi. Vobayı "Neftçi"də çıxış etdiyi dövrdən tanıyıram. Ona qarşı oynamışdım da. Vobay "Neftçi"də "Olimpiya"dakı ilə müqayisədə daha güclü idi. Burada elə də çox oyun təcrübəsi qazana bilmir. Əvvəlki səviyyəsinə qayıtması üçün zamana ehtiyacı var. Amma əla oğlandır və hamı ilə yaxşı münasibəti var.

- "Olimpiya"nın ÇL-in təsnifat mərhələsində "Qarabağ"a rəqib olmasını istərdiniz?
- Bəli, əlbəttə, istərdim. Azərbaycanda olmuşam. İstərdim ki, komanda yoldşlarım da ölkənizi görsünlər. Onlar Bakının gözəlliyindən şoka düşərlər. "Qarabağ"la oyun barədə isə püşk bizi rəqib edəcəyi halda danışmaq olar.

- Deyəsən, ardıcıl iki mövsüm Avroliqanın qrup mərhələsində çıxış edən "Qarabağ"dan çəkinirsiniz...
- (gülür) Mən belə deməzdim. Sadəcə, hələ rəqib deyilik.

- Təsadüfən yenidən "Qəbələ"yə qayıtmaq fikriniz yoxdur?
- Bu barədə həm söhbət yoxdur, həm də təklif. Amma yenidən Azərbaycanda çıxış etmək xoş olardı. Əldə etdiyim təcrübəmlə hələ ən azı daha dörd il futbol oynaya bilərəm. Qarşıda ÇL-in oyunları var. Sonra necə olacaq, zaman göstərəcək. Ola bilsin Azərbaycana da gəldim (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.