17 iyun 2016 12:00
Neftçi çernoqoriyalı qapıçı alır
"Neftçi" daha bir transferini rəsmiləşdirməyə yaxındır. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" çernoqoriyalı qapıçı Milan Miyatoviçlə razılığa gəlib.
Son klubu Çernoqoriya "Bokel"i olan qapıçı yaxın günlərdə bakılılarla rəsmi müqaviləyə imza atacaq. Çernoqoriya mətbuatının yazdığına görə, tərəflər üç illik müqavilə ilə bağlı razılıq əldə ediblər.
Miyatoviç artıq Türkiyəyə yollanıb. O, burada hazırlıq keçən "Neftçi"nin düşərgəsinə qoşulacaq.
