17 iyun 2016 11:20
Neftçi Sumqayıtın oyunçusu ilə gücləndi
"Neftçi" növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu son mövsümü "Sumqayıt"da keçirmiş Murad Ağayevi heyətinə qatıb.
Qeyd edək ki, Ağayev vaxtilə U-19-da Vəli Qasımovun rəhbərliyi altında oynayıb. Məhz Qasımovun istəyi ilə dəvət olunan futbolçu paytaxt klubuna keçdiyini saytımıza açıqlamasında təsdiqləyib.
