17 iyun 2016 11:00
Prosineçki rəqibimizin daha bir oyununu izləyib
2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq yığmaların oyunlarını izləmək üçün Fransada səfərdə olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın "C" qrupunda Lion şəhərində keçirilmiş Ukrayna – Şimali İrlandiya oyununu izləyib. Azerisport.az xəbər verir ki, oyun rəqibimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
