17 iyun 2016 00:35
Eddi İsrafilov Kordoba ilə yollarını ayıra bilər
İspaniyanın "Kordoba" klubu bir neçə futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, La Liqaya vəsiqə qazana bilməyən klubun göndərmək istədiyi oyunçular arasında Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov da var.
İspaniya mətbuatının yazdığına görə, İsrafilov da daxil olmaqla, 10-a yaxın futbolçunun klubla müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. Müqavilə ilə "Mursiya"ya məxsus olan millimizin üzvü "Kordoba"nın qərarını gözləyir. Sözügedən klub ona yeni müqavilə təklif etməsə, Edddi "Kordoba"dan ayrılmalı olacaq.
