16 iyun 2016 18:30
Sumqayıt 1-ci divizionun ən yaxşı qapıçısını transfer etdi
"Sumqayıt" daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, "kimyaçılar" son mövsüm birinci divizionun qalibi adını qazanan "Neftçala"nın qapıçısı Əli Həsənlini heyətə qatıblar.
20 yaşlı qapıçı ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Sumqayıt" daha öncə Fərhad Vəliyev, Kamran Abdullazadə və Ruslan Tağızadəni transfer etmişdilər.
