16 iyun 2016 17:00

Bonilyanın yeni klubu rəsmən açıqlandı

Nelson Bonilyanın "Zirə"dən ayrılması rəsmiləşib. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda salvadorlu futbolçunun yeni klubunun da adı açıqlanıb. Bonilya yeni mövsümdən Portuqaliyanın "Nasional" klubunda çıxış edəcək:

“Zirə”nin rəsmi saytına məsələ ilə bağlı bunlar yazılıb: "Nelson Bonilya ilə ötən il imzaladığımız müqaviləyə əsasən “Zirə” anlaşmanı daha bir il uzatmaq hüququndan istifadə etmişdi. Bu müddətdə hücumçumuzun transferi ilə bağlı bir neçə klubdan təklif almışdıq. Bonilya bizim üçün də önəmli futbolçudur və təbii ki, bu üzdən müqavilənin müddəti uzadılmışdı. Ancaq futbol həm də biznesdir. Marketinq baxımından inkişafa nail olmaq, maddi qazanc əldə etmək istənilən peşəkar klubun ən vacib hədəflərindən biridir.

Rəsmi müraciətlər arasında Portuqaliyanın “Nasional” klubunun təklifinin klubumuzun siyasəti və hədəfləri baxımından daha uyğun olduğu qərara alındı. Düzdü, digər klubların təklifləri maddi baxımdan daha sərfəli idi, amma həm “Zirə”nin, həm də Azərbaycan futbolunun imici baxımından bu varianta üstünlük verildi. Portuqaliyada Azərbaycan futboluna maraq yaratmaq, yaranacaq əlaqənin gələcək perspektivi baxımından da “Nasional”ın təklifi cəlbedici oldu. “Zirə” olaraq, futbolçumuzun Portuqaliya çempionatında çıxış etməsi və orada klubumuzun adının çəkilməsi bizim üçün daha vacibdir. Artıq Portuqaliya təmsilçisi ilə razılaşma əldə olunub və futbolçu tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqaviləyə imza atacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.