16 iyun 2016 16:40

Vitali Vernidub: Qəbələnin yenidən Avroliqanın qrupunda oynaması çətin olacaq

"Qəbələ"nin ukraynalı müdafiəçisi Vitali Vernidubun azerisport.az saytına müsahibəsi

- Toplanış necə gedir?
- Optimal formamızı bərpa etməyə çalışırıq. Fiziki cəhətdən artırmaq da vacibdir. Avroliqanın startına qədər yaxşı formada olmaq istəyirik. Yorğunluqdan söhbət də gedə bilməz.

- Paytaxtdakı hazırlıq zamanı "Bakı"ya qarşı keçirdiyiniz yoxlama oyunları (1:1, 3:0) barədə fikirləriniz maraqlıdır...
- Maraqlı oyunlar alındı. Bu oyunlara qiymət vermək fikrim yoxdur. Çünki bunu yalnız baş məşqçi deyə bilər. Sadəcə, onu deyərdim ki, maraqlı kollektivə qarşı oynayırdıq. Həm də istirahətdən sonrakı ilk oyunlarımız idi.

- Sizə elə gəlmir ki, Gürcüstanla müqayisədə Türkiyəyə getməklə daha yaxşı sınaqçı rəqiblər tapa bilərdiniz?
- Rəhbərlik və məşqçilər korpusu Gürcüstanı seçib. Fikrimcə, komandaya harada daha yaxşı keçmək lazım olduğunu onlar yaxşı bilirlər. Bizə belə şeylər yox, sadəcə, məşqlər maraqlıdır.

- Yeni transferləriniz - Teo Uilks və Filip Ozobiç barəsində nə bilirsiniz?
- Onları dəvət ediblərsə, deməli, məşqçilərimiz yaxşı izləyib, bəyəniblər. Bu, həm də onların yaxşı futbolçu olduğundan xəbər verir.

- Mövsüm bitən kimi komandanızı xeyli futbolçu tərk etdi. Bu, sizə necə təsir göstərdi?
- Hər bir komandada heyətlə bağlı belə dəyişiklik olur. Bundan heç bir klub sığortalanmayb. Fikrimcə, biz yaxşı futbolçuları itirdik. Onlar "Qəbələ"nin uğurlarında az pay sahibi olmayıblar. Amma həyat davam edir. Bu ayrlıqların komandamıza nə dərəcədə təsir edəcəyini isə zaman göstərəcək. Ümid edirəm ki, yeni gələnlər heç nəyi hiss etdirməyəcəklər.

- Bir müddət əvvəl sizin də "Qəbələ"ni tərk edəcəyiniz bildirilirdi. Amma sonra məlum oldu ki, az maaşla da burada qalmağa razı olmusunuz. Bu, belədir?
- Şayiələr həmişə olur. Amma inanın ki, hazırda mənim bütün diqqətim "Qəbələ"nin uğur qazanmasına kömək etməkdir. Əsas heyət üzvü olmaq, uğur qazanmaq istəyirəm. Ona görə də yeni mövsümün startını səbrsizliklə gözləyirəm. Çalışmalı, özümü göstərməliyəm. Pul da daxil olmaqla qalan hər şey ikinci plandadır.

- "Qəbələ" son mövsümdə olduğu kimi, yenə Avroliqanın qrup mərhələsinə vəsiqə qazana biləcək?
- Avroliqaya yenə də birinci təsnifat mərhələsində başlayacağıq. Ümid edirəm ki, ötən ilkindən zəif çıxış etməyəcəyik. Hədəfimiz qələbə qazanmaq, mərhələ adlamaqdır. Nə dərəcədə uğurlu çıxış edəcəyimizi zaman göstərəcək. Bircə onu dəqiq bilirəm ki, bu dəfə qrup mərhələsinə vəsiqə qazanmağımız daha çətin olacaq. Amma hər şey öz əlimizdədir. Yenidən qrup mərhələsində oynamağı çox istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.