16 iyun 2016 16:00
Ruslan Tağızadə yenidən Sumqayıtda!
2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, son olaraq "Rəvan"da çıxış etmiş Ruslan Tağızadə köhnə-yeni klubu ilə 1 illik sazişə imza atıb.
Qeyd edək ki, Ruslan Tağızadə mütəmadi olaraq Azərbaycanın U-17, U-19 və U-21 millilərinin formalarını geyinib.
