16 iyun 2016 14:40
Qarabağ Avstriyaya yola düşdü
"Qarabağ" bu gündən etibarən 2016-17-ci il mövsümün hazırlıqlarına start verir. Azerisport.az xəbər verir ki, Ağdam klubunun futbolçu və məşqçi heyəti günorta saatlarında Bakı-İstanbul- Münhen reysi ilə Avstriyaya yola düşüb.
Axşam saatlarında futbolçuların qalacağı otelə çatması gözlənilir. Komanda son iki ildə olduğu kimi Almaniya – Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.
"Qarabağ" Avstriyada təlim-məşq toplanışı müddətində dörd yoxlama oyunu keçirəcək. Yoxlama oyunlarından ikisinin keçirilmə tarixi məlumdur. Komanda iyunun 25-də yerli "Vakker" klubu və iyunun 28-də dördqat Rusiya çempionu "Zenit"lə qarşılaşacaq.
