16 iyun 2016 14:20
Maksim Vaylo: Neftçi mümkün qədər çox mərhələ keçməyi hədəfləyib
"Neftçi"nin qapıçısı Maksim Vaylo komandasının Türkiyə toplanışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən gün ilk məşqimizə çıxdıq. Hər şey öz qaydasındadır. Qarşımıza Avropa Liqasında mümkün qədər çox mərhələ adlamaq tapşırığı qoyulub. Fikrimcə, bir neçə mərhələ adlaya biləcək gücdəyik. Komandamız buna hazırdır.
Ötən mövsüm Avropa Liqasında aldığım cəza yadımdadır. Buna görə üç matçı buraxmalı olacağam. Ümid edirəm ki, mənim oynamaq imkanı qazanacağım müddətə qədər irəli gedə biləcəyik".
