16 iyun 2016 14:00
Fərrux İsmayılov: Avrokuboklarda yalnız Qarabağa inanıram
Azərbaycan yığmasının sabiq hücumçusu Fərrux İsmayılov avrokuboklarda çıxış edəcək klublarımızla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu mövsüm yalnız "Qarabağ"a inanıram. Amma məncə, onlara da yeni transferlər lazımdır. Bizə isə çempionumuza Çempionlar Liqasında azarkeşlik etmək qalır. "Qəbələ", "Kəpəz" və "Neftçi" barədə heç nə deyə bilmərəm. Çünki onların transferlərindən xəbərsizəm. Nə dərəcədə uğurlu olacaqlarını zaman göstərəcək".
