16 iyun 2016 13:20
Bonilya: Karyeramı Avropada davam etdirəcəyəm
Salvadorlu hücumçu Nelson Bonilya karyerasını Avropada davam etdirəcəyini açıqlayıb. Azerisport.az xəbər verir ki, "Zirə" ilə yollarını ayıran futbolçu bunları söyləyib:
"Hələ hansı komandada çıxış edəcəyimi deyə bilmərəm. Bircə onu açıqlaya bilərəm ki, yeni klubum Avropanın 10 ən güclü çempionatından birində çıxış edir".
Qeyd edək ki, Bonilya ilə Serbiyanın "Partizan" klubunun maraqlandığına dair xeyli müddətdir xəbərlər dolaşır.
