16 iyun 2016 13:00
Xizanişvili İnterin təklifinə cavab verdi
"İnter"in gürcü müdafiəçisi Zurab Xizanişvili paytaxt klubundan aldığı yeni təkliflə bağlı qərarını verib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu Azərbaycandakı çıxışını davam etdirəcək.
Belə ki, o, bakılılarla yeni bir illik müqavilə bağlamağa razı olub.
