16 iyun 2016 12:00

Elbrus Məmmədov: Ümid edirəm ki, XL yaşayacaq

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Elbrus Məmmədovun azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"ın çıxışını dayandıracağını gözləyirdiniz?
- Xeyr, gözləmirdim. İnanırdım ki, klub fəaliyyətini davam etdirəcək. Hətta buna rəğmən, XL yenə bir klub kimi yaşamalıdır.

- Azərbaycanın cənubu bu itkiyə necə dözəcək?
- Bu kluba təkcə cənubda, Azərbaycanda yox, bütövlükdə Avropada xeyli azarkeşlik edən var. Belə bir vəziyyətin yaranmasına inanmaq çətindir. Ümid edirəm ki, klub yaşayacaq. Mübariz Mənsimovun dəstəyi lazımdır.

- Geridə qalan illərdə o, futbola böyük pullar yatırdı. Bundan hansısa xeyir gördümü?
- Mübariz Mənsimov bu regionda anadan olub. O, "Xəzər Lənkəran"a maliyyə yatırmaqla gəlir götürməyi düşünməyib.

- Futbolçular, məşqçilər, veteranlar Mənsimova müraciət etməyi düşünmür?
- Siz elə bilirsiniz ki, Mənsimovun bu söhbətlərdən xəbəri yoxdur? O, hər şeyi bilir. Sadəcə, bir qədər gözləmək lazımdır. Klub yaşayacaq.

- Maraqlıdır, siz niyə mövsümün başa çatmasını gözləmədən komandanı tərk etdiniz?
- Məşqçi dəyişikliyi olanda futbolçularda bir qədər oyanma olur. Mən də ona görə getdim ki, komandada yeni nəfəs yaransın. Komanda son turda "Rəvan"la oynayanda mən Kiyevdə məşqçi kursunda idim. Həmin oyunda dua edirdim, 2:0 öndə olduqlarını öyrənəndə sevindim.

- XL həmin oyunda qələbə qazansaydı, elitada qala bilərdi. Sizcə, komanda növbəti mövsümdə də bu vəziyyətdə çıxış edə bilərdi?
- Çətin idi. Çünki FİFA-nın sanksiyası klub üçün xeyli çətinliklər yaratmışdı.

- Bəs bu klubun futbolçuları, məşqçiləri nə olacaq?
- Mən bu komandada oynamış futbolçularla yaxından maraqlanıram. Onların gələcək karyerası üçün əlimdən gələni edirəm. Tez-tez zəng edirlər, məsləhət alırlar. Bacardığım qədər kömək edəcəyəm.

- Yeni mövsümdə elitada cəmi 8 klub mübarizə aparacaq...
- Bu, çox pisdir. AFFA bəzi klublara güzəştə gedə bilərdi. Regionlarda futbolun vəziyyəti getdikcə daha da pisləşir. "MKT-Araz", "Şəmkir", "Karvan", "Turan", "Xəzər Lənkəran" kimi nəhəngləri itirmişik. Futbolu inkişaf etdirmək istəyiriksə, regionlara diqqət atrmalıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.