16 iyun 2016 00:05
Samir Məsimovlu Domjale Makedoniya klubuna qalib gəldi
Sloveniyanın "Domjale" klubu Avropa Liqasına hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşıb.
Beş qolun vurulduğu oyunda qələbəni futbolçumuzun komandası bayram edib - 3:2. Samir start heyətdə çıxdığı qarşılaşmanın fasiləsində əvəzlənib.
