15 iyun 2016 19:00
Ruslar yığmamızın qapıçısını aeroportdan geri qaytardılar
Türkiyənin "Altınordu" klubunun U-16 komandasının qapıçısı Muhammed Can Tuncerin Azərbaycanın U-17 yığmasının Rusiyadakı təlim-məşq toplanışına dəvət aldığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, onun millimizin düşərgəsinə qoşulması alınmayıb.
Buna Rusiya ilə Türkiyə arasındakı siyasi münasibətlərin qaydasında olmaması səbəb olub. Belə ki, Muhammed toplanışa qatılmaq məqsədilə Rostova gəlsə də, aeroportda pasport yoxlanışı zamanı gənc qapıçının dərhal geri qaytarılması barədə qərar qəbul ediblər. Bu üzdən də o, yığmamızın hazırlıq prosesində iştirak etmir.
