15 iyun 2016 15:00
Şiroki Briyeqin baş məşqçisi Azərbaycana səfər etməyi arzulamır
Bosniya-Herseqovinanın "Şiroki Briyeq" klubunun baş məşqçisi Slaven Musa bəyan edib ki, Avropa Liqasının təsnifat mərhələsində Azərbaycan və Qazaxıstan təmsilçilərinə rəqib olmalarını istəmir. Azerisport.az xəbər verir ki, o, bunu belə izah edib:
"Bu dəfə uzaq səfərə çıxmaq arzumuz yoxdur. Artıq avrokuboklarda iki dəfə ardıcıl Azərbaycan və Qazaxıstan klublarına rəqib olmuşuq. Bu ölkələrdə futbola çox böyük diqqət ayrılır və güclü komandalara malikdirlər. Ona görə də bu dəfə Azərbaycanla Qazaxıstan klublarına rəqib olmağımızı arzulamazdım". (Sports.kz)
