15 iyun 2016 14:00
Kamran Abdullazadə: Ümid edirəm ki, yeni klubuma faydalı olacağam
"Sumqayıt"ın yeni transferi Kamran Abdullazadə bu keçidlə bağlı fikirlərini bölüşüb. "Xəzər Lənkəran"ın sabiq üzvü azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Bir neçə təklif olsa da, mən "Sumqayıt"ı seçdim. Onların şərtləri daha çox xoşuma gəldi. Ümid edirəm ki, yeni klubuma faydalı olacağam. Əsas heyətdə oynamaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, "Sumqayıt" yeni mövsümdə uğurlu çıxış edəcək".
